Əlavə xidmətlər toplumu.

Tərcümə xidməti göstərməkdən başqa, bizim agentlik geniş spektrdə əlavə xidmətlər təqdim edir:

Tərcümə olunan sənədlərin notarial təsdiqi. Leqallaşdırma.

Bizim kompaniya tərcümə olunan sənədlərin notarial təsdiqinə və ya leqallaşdırılmasına kömək edir.
O cümlədən:
  • Şəxsi və işgüzar sənədlərin tərcüməsi
  • Şəxsi və korporativ sənədləri
  • Tender təklifləri
  • Sertifikatlar
  • Maliyyə sənədləri
  • Kontrakt sənədləri
  • Təsis və qeyd sənədləri
  • Tərcümənin kompaniyanın möhrü ilə təsdiqi Tərcümə olunmuş sənədlərin notarial təsdiqinə və apostil qoyulmasına (Az.R.-dan xaricdə etibarlı olması üçün) hazırlanmasında əsas diqqət sənədlərin rəsmiləşdirilməsinə verilir – «bir-birinə oxşar» (mümkün qədər sənədin xarici görkəmi tam saxlanılır).
    Sənədlər leqallaşdırmaya cavabdeh olan dövlət hakimiyyəti orqanlarına ötürülməzdən əvvəl yuxarıda göstərilən instansiyaların tələblərinə uyğun tərtibətlaşdırılır, bütün nömrələr, seriyalar, adın və soyadın düzgün yazılışı yoxlanılır, bu onların sonrakı keçirilmələrində problemlərini istisna edir.
    Xarici kompaniyalarla işgüzar partnyorluq zamanı etibarnamənin alınmasında, müqavilələrin bağlanmasında və digər sövdələşmələrdə notarial təsdiqiqinə ehtiyac olur. Azərb. Resp. Notarius haqqında qanunvericiliyin Əsaslarına uyğun gələn maddəyə müvafiq olaraq, xarici dövlətlərin vətəndaşları ilə notarial hərəkəti ediləndə Sizin xarici partnyorunuzun dövlət dilini yaxşı bilən tərcüməçinin iştirakı vacibdir. Kompaniya şəhərin notariusları ilə əməkdaşlıq edir və ehtiyac olduqda tərcüməçinin iştirakını təmin edir.
    Eləcə də bizim mütəxəssislər sənədin notarial təsdiqinin necə tez və daha yaxşı yerinə yetirməyi Sizə telefonla məsləhət verərlər, MDB ölkələrində sənədlərin notarial təsdiqində hansı incəliklərin olduğundan danışarlar, qeyri-standart çətin vəziyyətdən çıxmaq üçün hara müraciət etməyi məsləhət verərlər. Siz dərhal öz suallarınızı elektron poçt vasitəsilə göndərə bilərsiniz: office@balinagroup.combalinagroup@gmail.com.

    Eyni zamanda:
  • Poliqrafiya məhsullarının çapı və səhifələnməsi – kitablar, kataloqlar, bukletlər, broşyalar, reklam modulları və i.a.
  • İnternetdə müxtəlif dillərdə məlumat axtarışı (qanunlar, standartlar, qiymət-siyahısı (prays-list) və i.a.)
  • Kuryer daşımaları
    Biz təklif edirik:
  • Bütün əsas mətnlər və qrafik redaktələrdə sənədlərin tərtibati: (Adobe Photoshop, Adobe Acrobat, Adobe Illustrator, Adobe Page Maker, AutoCad, CorelDraw, Macromedia FreeHand, MS Word, MS Excel, MS Access, MS PowerPoint, MS Photo Editor, Daqesh, QuarkXPress və s.).
  • Qrafik elementlərin işlənməsi və skanirə edilməsi
  • Tərcümə mətnini şəkillərə və qrafikə daxil etmək
  • Geniş formatlı çap (AO formata qədər)
  • Tirajını təyin etmə
  • Kitabbağlama
  • Çapdan əvvəl hazırlıq
  • Disket və ya lazer diskə yazma
    Bizim menecer-səhifəbağlayan 3-6 səhifəbağlayan komandanın işini uyğunlaşdırır. Onun işinə, müştərinin tələblərinin təhlili, həmçinin müştərinin fakslarının və ya fayllarının, maketlərinin təhlili, səhifəbağlayanlar üçün tapşırıqların yazılması və işin onlar arasında bölünməsi daxildir. Sonra o, rəngə, mətnin ölçülərinə, qrafik obyektlərə və i.a. nəzarəti birləşdirir və onların işini yoxlayır. Böyük həcmli iş olarsa səhifəbağlayanlarından biri hazır materialı nəzarəti gücləndirməkdə ona kömək üçün cəlb edilir. Bütün materiallar müştəriyə verilməzdən əvvəl, heç olmazsa, bir dəfə dərkənar üçün müştəriyə göndərilir.

    Konferens texnika.

    Seksiya iclası, panel müzakirələr keçiriləndə, 15-dən 30 ədədə qədər miqdarda mikrafonlu «dəyirmi masa» tipli konferens-sistemdən istifadə etmək məsləhət görülür. Konferes-sistemdən sinxron tərcümə ilə, həmçinin onsuz da istifadə etmək olar.
    Dünyanın aparıcı istehlakçıları tərəfindən təqdim edilən müasir avadanlıqlar və proyeksiya texnikaları, eləcədə multimedia proyektorları, Sizin tədbiri yüksək texniki səviyyədə təmin etməyə imkan verər.
    Avadanlıqların qurulması və texniki xidməti bizim mütəxəssislərin gücü ilə həyata keçirilir. Danışıqların sinxron tərcüməsi üçün avadanlıqlar praktik olaraq istənilən otaqlarda quraşdırıla bilər.
    Sizin istəyinizlə biz tədbirin səsyazmasını apara bilərik.
    Sinxron tərcüməni həyata keçirmək üçün vacib olan AVADANLIQLARIN MİNİMAL KOMPLEKTİ-nə aiddir:
    a) sinxron tərcümə sistemi (kanalların sayı tədbirin işçi dillərinin sayından asılıdır);
    b) sinxron tərcümə üçün qurğular (sayı tədbirin iştirakçılarının sayından asılıdır);
    v) tərcüməçinin kabinəsi (kabinələrin sayı işləyən dillərin sayından asılıdır);
    q) səsgücləndirici sistem

    AVADANLIĞIN İCARƏSİ ÜCÜN, İŞİN HƏCMİNDƏN VƏ ŞƏRTİNDƏN ASILI OLARAQ CEVİK ENDİRİM SİSTEMİ VAR.

  •