HAQQIMIZDA PDF faylını al Çap E-poçt
30.04.11 23:23
«Balina» peşəkar tərcümə agentliyi Bakının peşəkar tərcümə xidmətləri bazarında aparıcı mövqe tutur. Hal-hazırda biz əsas Avropa dillərindən MDB ölkələrinin bir çox dillərinə tərcümələr edirik. Eləcə də, biz bir sıra Şərq dillərindən tərcümələr edirik. Yaxın gələcəkdə dillərin spektri əhəmiyyətli dərəcədə artacaq.

Xidmətin rahatlığı

Biz sifarişçilərimizin vaxtına qənaət edərək sifarişin verilməsi və rəsmiləşdirilməsi prosedurlarını maksimum sadədəşdirmişik. Tərcümə üçün ödəmə formasından, tərcümənin həcmindən və mürəkkəbliyindən, həmçinin mənbə materialların (elektron/çap) növündən asılı olmayaraq, biz ən qısa müddətdə sifarişi rəsmiləşdiririk, tərcümənin dəyərini və hazır işin təhvil verilmə müddətini müəyyən edirik. Biz orijinal mətnlərin istənilən formada təqdim edilməsini qəbul edirik.

Yerinə yetirilən işin keyfiyyəti.

Tərcümənin keyfiyyəti birbaşa tərcüməçinin ixtisasından və peşəkarlığından asılıdır. Bizim tərcüməçilər – yüksək səviyyəli, böyük təcrübəyə və iş stajına malik olan, ali dilçilik təhsili almış mütəxəssislərdir. İxtisaslaşma demək olar ki, bütün sahələri: tibbdən kosmik texnologiyalara, bədii ədəbiyyatdan dissertasiyaya qədər müxtəlif mətnləri əhatə edir. Tərcümə səhvlərinin aradan qaldırılması üçün yerinə yetirilmiş iş əlavə olaraq oxunulur və korrektə edilir. Nəşr edilmək üçün nəzərdə tutulan mətnlər stilistik düzəlişdən keçir ki, bunu da mümkün qədər dilin daşıyıcıları yerinə yetirirlər. Tərcümənin orijinala uyğun olmasına zəmanət verilir. Tərcüməçinin işi sona çatdıqda mətn orijinala uyğun olaraq səhifəbağlayan tərəfindən formatlaşdırılır (müvafiq şrift, onun ölçüsü istifadə olunur, eləcə də, mətn səhifədə yerləşdirilir).

Qiymət siyasəti

Agentliyin qiymət siyasəti daha keyfiyyətli və dolğun təricümə xidmətlərinin və əlaqədar xidmətlərin yerinə yetirilməsinə imkan verən minimal qiymətin təklif edilməsindən ibarətdir. Hazırda bizim qiymətlər Bakının peşəkar tərcümə xidmətləri bazarında ən aşağı qiymətlərdən biridir. Həmçinin, müştərilərimiz sifarişin yerinə yetirilmə müddəti artırıldıqda işin qiymətinin azaldılmasını nəzərdə tutan çevik endirim sisteminin üstünlüklərindən faydalana bilərlər. Sifarişlərin həcminin və müvafiq olaraq dəyərinin müəyyən edilməsində biz həmçinin sifarişçilərin maraqlarını nəzərə alırıq və bir çox tərcümə agentliklərindən fərqli olaraq, biz mətnin həcmini hazır tərcüməyə əsasən deyil, təqdim edilən orijinala əsasən hesablayırıq. Tərcümə üçün ödəmə həm nəğd, həm də nəğdsiz hesablaşma ilə yerinə yetirilir.

 

 

25.05.11 00:46 ərzində olan dəyişikliklər